Heqiqet.Az » hadise » Müəllim Günündə müəllimi maşın vurdu


Müəllim Günündə müəllimi maşın vurdu

5-10-2016, 10:53
Çap et
Müəllim Günündə müəllimi maşın vurdu Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.
Xaçmaz şəhəri Çingiz Abdullayev adına 2 saylı orta məktəbin Azərbaycan dili müəllimi, 1959-cu il təvəllüdlü Sultanova Zemfira Məmməd qızı “Opel-Astra” markalı avtomobillə vurulub. Ona sol yuxarı ətrafın qapalı sınığı, döş qəfəsinin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Reytinq: