Prezident ağac əkir, kimlərsə ağac kəsir11-10-2016, 15:53
Çap et Ümummilli lider Heydər Əliyev görüşlərində ekoloji amilləri əsas gətirib deyirdi ki, təbiət həyatımızın bir hissəsidir və bir ağac kəsən bilsin ki, mənim bir qolumu kəsmiş olur. Əlbəttə, belə bir jest yalnız müdrik bir insandan gələ bilərdi və cəmiyyət nədənsə bu örnək jestə o qədər də ehtiramla yanaşmadı… Bəs nə baş verir ki, «Nur» aptekinin qarşısındakı ağacların taleyi kimsəni düşündürmür? Guya yenidənqurma, tikinti-abadlıq işi ilə bağlı kimlərsə ümummilli liderin və ölkə prezidentinin jestlərini aşağılamaq məqsədi güdüb. Aidiyyəti ünvanda köhnə binada konstruksiya işləri aparmaq adı altında təbiətə ziyan vurmaq da yaddan çıxmadı. Həmin binanın yerində qazanc mənbəyi kimi nəzərdə tutulan obyektlərin tikintisi ağacların məhvi ilə nəticələndi. Ancaq heç olmasa, onlarda azacıq da olsa, insaf olub, ağacları əvvəlcə yarıdan, sonra da köklərindən kəsiblər? Ayrıca, obyekt tikintisi zamanı təkcə ağaclar məhv edilmədi, sakinlərin gediş-gəlişinə də maneə yaradıldı. Xülasə, Yəni, kimlərsə demək istədi ki, «Burda bizik, Bağdadda kor xəlifə». Deməli, onlar üçün qanun da kəsərsizdir. Əks halda aradan ötən vaxtlarda ağacların kəsilmə işi cavabdeh orqanları narahat edərdi. İndi haqlı olaraq bu acı mənzərənin şahidi olanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyini və Yasamal Rayon İcra Hakimiyyətini qınayır. Qınağın yerində olması isə faktdır. Çünki kəsilən ağacların fəryadı bu orqanları zərrə qədər də olsa, düşündürmədi. Qısası, ölkə prezidenti ağac əkir, kimlərsə ağac kəsir. Bu qarışıq ziddiyyətin hansı məntiq verdiyini yəqin ki, ağackəsənlər daha yaxşı bilir. Lakin Qanunun da bildiyi bir həqiqət var. Əmin olaq ki, bu məsələ Qanundan kənar qalmayacaq. Xatırladaq ki, böyük narahatçılığa səbəb yaradan obyektin aşağı hissəsində «Nur» apteki yerləşir. Bu aptekin üstündə isə inşa olunan yeni obyekt. Və bu yeni obyektin adının nə olacağını isə hələ kimsə bilmir. Yəqin ki, bu mənfi halla bağlı hər iki obyekt rəhbərinin mövqeyi gündəmə gələcək. O zaman biz onların rəylərini dərc etməyə hazırıq. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
