Los Ancelesin xristian dini icmaları rəhbərlərinin iştirakı ilə Azərbaycan Baş Konsulluğunda tədbir keçirilib17-10-2016, 11:05
Çap et Konsulluqdan verilən məlumata görə, Baş Konsulluqda təşkil olunmuş tədbirdə, Los Ancelesdə fəaliyyət göstərən Koreya, Çin və digər Asiya mənşəli icmalara, həmçinin Latino icmasına məxsus kilsələrin rəhbərləri, aparıcı din xadimləri, müxtəlif xristian təşkilatlarının liderləri və KİV təmsilçiləri iştirak ediblər. Tədbirdə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edərək, xristianlığın Azərbaycandakı qədim tarixi barədə məlumat verib, bu gün Azərbaycanda müsəlmanlar, xristianlar, yəhudilər, eləcə də digər etiqad daşıyıcıları arasında mövcud olan qardaşlıq münasibətlərindən danışıb. N.Ağayev qeyd edib ki, Heydər Əliyevin tarixi dəyərləri rəhbər götürərək, əsasını qoyduğu müasir Azərbaycan bu gün artıq beynəlxalq aləmdə özünəməxsus və mütərəqqi model kimi qəbul olunur. Baş konsul, həmçinin, Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən işğalçılıq və etnik təmizləmə siyasəti barədə də danışıb, Ermənistanın törətdiyi cinayətlərə dair konkret faktlardan bəhs edib. N.Ağayev, bu münaqişənin əsla dini xarakter daşımadığı, yalnız və yalnız Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları nəticəsində meydana gəldiyini qeyd edib. Sonra ABŞ-ın Koreya icmasının tanınmış rəhbərlərindən Heypin İm çıxış edərək, Azərbaycanın dinlərarası münasibətlər və multikulturalizm sahəsindəki uğurları ilə bağlı fikirlərini bölüşüb. O, bu il keçirilmiş Bakı Beynəlxalq Humanitar forumunda iştirak etdiyini, bu tədbir nəticəsində Azərbaycan modeli ilə birbaşa tanış olmaq fürsəti əldə etdiyini bildirib. Heypin İm qeyd edib ki, əhalisinin 95 %-i müsəlmanlardan ibarət olan Azərbaycan beynəlxalq sülh üçün açar rolunu oynayır. Daha sonra Latino xristian icması adından din xadimləri Uolter Contreras, Xose Pepe Cabayero və digərləri çıxış edərək, müxtəlif etnik mənşəyə və məzhəblərə mənsub xristian icmalarının Azərbaycanın mütərəqqi modeli ətrafında bir araya gətirilməsini əlamətdar hadisə adlandırıblar. Natiqlər, ABŞ-da və dünyada təlatümlü proseslərin getdiyi bir zamanda Azərbaycan nümunəsinin həm Los Ancelesdə, həm də ABŞ-ın və dünyanın digər yerlərində daha yaxından öyrənilməsinin dinlərarası qarşılıqlı anlaşmanın əldə olunması baxımından olduqca faydalı ola biləcəyini qeyd ediblər. Tədbirdə, həmçinin, AR Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Tolerantlıq diyarı Azərbaycan” filmi nümayiş etdirilib. Sonda həm Asiya, həm də Latino icmalarının din xadimləri tərəfindən Azərbaycanın tolerant və multikultural dəyərlərə sadiq bir dövlət kimi daha da güclənməsi üçün dualar oxunub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
