Opera və Balet Teatrında “Aşıq Qərib” operası nümayiş olunacaq18-10-2016, 11:58
Çap et Oktyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operası nümayiş olunacaq.Teatrın mətbuat xidmətindən verilən məlumata görə, tamaşada baş rollarda xalq artisti Gülyaz Məmmədova (Şahsənəm) və əməkdar artist İlkin Əhmədov (aşıq Qərib) çıxış edəcəklər. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, baletmeysteri SSRİ xalq artisti, SSRİ Dövlət Mükafatı Laueratı Qəmər Almaszadə, quruluşçu rəssamı əməkdar incəsənət xadimi Əyyub Fətəliyev, dirijoru əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Səhnə əsərində əməkdar artist Sabir Əliyev (Şahvələd), Rafiq Abbasov (Mahmud), Laləzar Xəlilzadə (Qəribin anası), Səbinə Vahabzadə ( Qaraca qız), İsmayıl Əkbərov (aşıq Vəli) və digərləri çıxış edəcəklər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
10:41
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə dəyəri 8 milyard dollara yaxın olan müqavilələr imzalanıb10:40
FHN bəzi ərazilərdə gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Oktyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operası nümayiş olunacaq.