Dollar 8 aylıq maksimuma yaxınlaşır24-10-2016, 15:19
Çap et Dolların əsas valyutalar səbətinə qarşı məzənnəsi 8 aylıq maksimumu yeniləyib. Buna səbəb ilin sonunadək Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən uçot dərəcəsinin qaldırılması ilə bağlı ehtimalların artmasıdır.Dolların indeksi 0,1% möhkəmlənərək 98,718 səviyyəsinə çatıb ki, bu da cari ilin fevral ayının 3-də qeydə alınan 98,846-ya çox yaxındır. Ötən cümə günü San-Fransisko Federal Ehtiyat Bankının prezidenti Con Uilyams deyib ki, bu il pul-kredit siyasətinin sərtləşdirilməsi baxımından münasib vaxtdır. Onun fikri ilə FED rəhbərinin müavini Stenli Fişer və Nyu-York Federal Ehtiyat Bankının prezidenti Uilyam Dadli də razılaşıb. Bazar iştirakçıları arasında aparılan son sorğuya əsasən, dekabrda uçot dərəcəsinin artırılması ehtimalı 70%-ə yüksəlib. Rəy sorğusuna əsasən ABŞ prezidentliyinə namizəd Hillari Klintonun opponenti Donald Trampı xeyli üstələməsi də dolların bahalaşmasına səbəb olub. Prezident seçkiləri noyabrın 8-dədir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Dolların əsas valyutalar səbətinə qarşı məzənnəsi 8 aylıq maksimumu yeniləyib. Buna səbəb ilin sonunadək Federal Ehtiyatlar Sistemi (FED) tərəfindən uçot dərəcəsinin qaldırılması ilə bağlı ehtimalların artmasıdır.