Coğrafiya İnstitutu: Sürüşmə baş verən yolların əksəriyyətinin çəkilişində böyük səhvlərə yol verilib27-10-2016, 08:51
Çap et Bunu Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib. N.Paşayev bildirib ki, Quba-Xaçmaz, Şamaxı-İsmayıllıda (Dağlıq Şirvan) avtomobil yollarının hamısının çəkilişində böyük səhvlərə yol verilib: “Bütün sürüşmələrin çoxu avtomobil yollarının kənarında baş verir. Çünki yolların çoxu meşə sahələrindən, sürüşməyə meyilli ərazilərdən salınıb. Heç birində də istinad divarı yoxdur. Bu isə ərazilərdə sürüşmələri daha da gücləndirib. Muğanlı-İsmayıllı, Lənkləran-Lerik, Quba-Xınalıq, Quba-Qəçreş yolunda, Ağsu aşırımında davamlı olaraq sürüşmə gedir. Ağsu aşırımının kənarında tullantı sularının axıdılması nəticəsində orada süxurlar daim yaş olur. Yağıntılar isə bunu daha da artırır. Digər tərəfdən, Ağsu aşırımına ağırtonnajlı maşınların buraxılmasına icazə yoxdur. Amma həmin yola bu tip avtomobillər buraxılır. Buna görə də Ağsu aşırımı mütəmadi sürüşməyə məruz qalır”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
