Tunis Prezidenti ilə Azərbaycanın geosiyasi əhəmiyyəti, İƏT ve ISESCO ilə əməkdaşlıq müzakirə olunub31-10-2016, 10:04
Çap et Mədəniyyət və Turizm Nazirliyindən T verilən məlumata görə, görüşdə Ə.Qarayev iki dost ölkə arasında mədəniyyət və turizm sahələrində əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib. Nazir gələn il ölkəmizdə keçiriləcək İslam Həmrəylik Oyunları, qərb dünyası ilə müsəlman ölkələri arasında münasibətlərin inkişafına töhfə verən Bakı prosesi, gələn il Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı və ISESCO arasında mövcud olan dərin əməkdaşlığı barədə Tunis Respublikasının Prezidentinə məlumat verib. Tunis Respublikasının Prezidenti ISESCO Təhsil Nazirlərinin I Konfransı münasibətilə hər üç qonağı təbrik edərək Azərbaycan Prezidentinə səmimi salamlarını və hörmətini çatdırmağı xahiş edib. Görüşdə Azərbaycanın geosiyasi əhəmiyyəti, İƏT ve ISESCO ilə əməkdaşlığın vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
