Əli Həsənov: “Rusiya-Azərbaycan regionlararası forum ikitərəfli münasibətlər üçün mühüm meydandır”1-11-2016, 13:04
Çap et Bunu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov deyib. O bildirib ki, hər il Azərbaycan-Rusiya regionlararası foruma 500-dək nümayəndə qatılır. “Bu foruma Rusiya əyalətlərindən, mərkəzi hökumətdən 250-dən çox nümayəndə qatılıb. İki ölkə münasibətlərinin geniş spektri, o cümlədən iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, humanitar sahədəki əlaqələr müzakirə olunacaq. Ötən forumdan bu vaxtadək görülən işlərlə bağlı hesabat yönümlü çıxışlar olacaq, qarşıdan gələn illər üçün təkliflər müzakirə ediləcək”, - deyə o vurğulayıb. Ə. Həsənov qeyd edib ki, bu forum beynəlxalq və regional münasibətlərin indiki vəziyyətində çox aktualdır: “Forum iki ölkənin xalqlarının maraqlarına xidmət edir. Rusiya- Azərbaycan əlaqələri gündən-günə inkişaf edir. Bu əlaqələrin inkişafı iki ölkə prezidentinin diqqət mərkəzindədir”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
