Heqiqet.Az » tehsil » Paytaxtda müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək


Paytaxtda müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək

2-11-2016, 10:55
Çap et
Paytaxtda müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək Cari ilin noyabr-dekabr aylarında əvvəlki illərdə keçirilən diaqnostik qiymətləndirmədə müxtəlif səbəblərdən iştirak edə bilməyən və ya işə yeni qəbul edilən, 2016-2017-ci dərs ilində Təhsil Nazirliyinin keçirdiyi ölkədaxili yerdəyişmə müsabiqəsi nəticəsində işə qəbul olunan, habelə cari dərs ilində müddətli əmək müqaviləsi ilə vakant və ya sosial məzuniyyət yerinə işə qəbul edilən müəllimlər bilik və bacarıqların diaqnostik qiymətləndirilməsinə cəlb olunacaqlar.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər ki, diaqnostik qiymətləndirmənin keçirilməsinin məqsədi dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıq səviyyələrini müəyyənləşdirmək, onların dərs yükü norması və əməkhaqqını artırmaqla maddi rifahını yaxşılaşdırmaq, eləcə də həmin müəllimləri inkişafyönümlü təlimlərə cəlb etməkdir.
Qeyd edək ki, cari ilin noyabr-dekabr aylarında ölkənin 26 rayon və şəhəri üzrə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.
Reytinq: