Heqiqet.Az » dunya » Bəşər Əsəd Suriya prezidenti postundan gedəcəyi tarixi açıqlayıb


Bəşər Əsəd Suriya prezidenti postundan gedəcəyi tarixi açıqlayıb

2-11-2016, 11:08
Çap et
Bəşər Əsəd Suriya prezidenti postundan gedəcəyi tarixi açıqlayıb Suriya prezidenti Bəşər Əsəd üçüncü prezidentlik müddətinin sonunadək - 2021-ci ilədək ölkəyə rəhbərlik etmək niyyətində olduğunu bildirib.
Bunu Bəşər Əsəd “New York Times” nəşrinə müsahibəsində bildirib.
Suriya prezidenti, həmçinin, qeyd edib ki, hökumət qüvvələri münaqişədə qalib gəlməyincə ölkədə hər-hansı siyasi dəyişikliklərin baş verməsi mümkünsüzdür.
“Suriyada hazırda ictimai quruluşun vəziyyəti münaqişədən əvvəlki dövrdən daha yaxşıdır”, - deyə Əsəd qeyd edib.
Qeyd edək ki, Bəşər Əsəd ilk dəfə 2000-ci ildə 97,3% səs toplayaraq Suriya prezidenti seçilib. O, 2007-ci ildə ikinci (97,62%), 2014-cü ildə üçüncü dəfə (88,7% ) dövlət rəhbəri seçilib.
Suriyada prezidentlik müddəti 7 ildir.
Reytinq: