Prezident İlham Əliyevdən Putinə TƏBRİK MƏKTUBU11-06-2015, 19:41
Çap et Prezident İlham Əliyev Rusiya Günü münasibətilə həmkarı Vladimir Putinə təbrik məktubu ünvanlayıb. Heqiqet.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, təbrik məktubunda deyilir: “Hörmətli Vladimir Vladimiroviç, sizi və Rusiyanın dost xalqını dövlət bayramınız – Rusiya Günü münasibətilə ürəkdən təbrik edirəm. Dost Rusiya bu gün cəmiyyətin modernləşdirilməsi, dinamik inkişaf və tərəqqi yolunda inamla irəliləyir. Rusiya Federasiyası qısa müddətdə sosial-iqtisadi inkişafda və beynəlxalq proseslərdə öz mövqeyinin və rolunun gücləndirilməsində sanballı uğurlar qazanıb. Azərbaycan ilə Rusiyanı çoxəsrlik möhkəm dostluq və mehriban qonşuluq telləri bağlayır. Sevindiricidir ki, bu xoş münasibətlər hərtərəfli inkişaf edir və möhkəmlənir. Əminəm ki, ölkələrimiz arasında strateji tərəfdaşlıq və çoxplanlı qarşılıqlı fəaliyyət bizim birgə səylərimizlə xalqlarımızın tərəqqisi naminə, regionda sülh, sabitlik və həmrəylik naminə bundan sonra da hərtərəfli genişlənəcək. Bu yaxınlarda Moskvada Sizinlə görüşümüzü səmimiyyətlə xatırlayıram. Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm can sağlığı və uğurlar, bütün Rusiya xalqına sülh və firavanlıq arzu edirəm”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Prezident İlham Əliyev Rusiya Günü münasibətilə həmkarı Vladimir Putinə təbrik məktubu ünvanlayıb.