Los Ancelesdə “Yeddi Gözəl” baletinə həsr olunmuş gecə keçirilib8-11-2016, 11:54
Çap et Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən xəbərə görə, tədbirə ABŞ-ın ən nüfuzlu tibb ocaqlarından olan, Los Ancelesdə yerləşən Cedars-Sinai Tibb Mərkəzinin “Bir Ürək Xilas Et” fondunun üzvləri, Los Anceles sənətsevərləri, eləcə də kimya üzrə Nobel mükafatçısı Arye Vorşel qatılıblar. Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Azərbaycanın zəngin mədəniyyət tarixindən söz açaraq, Nizami Gəncəvinin eyni adlı əsəri əsasında Qara Qarayev tərəfindən bəstələnmiş “Yeddi Gözəl” baletinin Azərbaycan milli mədəniyyət xəzinəsinin ən qiymətli əsərlərindən biri olduğunu vurğulayıb. Q. Qarayevin yaradıcılığı və balet haqda məlumat verən diplomat, tədbirin bu tarixdə keçirilməsinin təsadüfi olmadığını qeyd edərək, baletin ilk dəfə 1952-ci ilin 6 noyabr tarixində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulduğunu bildirib. Q. Qarayev musiqisinin Amerika dinləyicilərinə yad olmadığını qeyd edən baş konsul, dahi bəstəkarın hələ 1961-ci ildə ABŞ-a səfər edərək məşhur Los Anceles Musiqi Festivalına qatılmasını və həmin festivalda onun “İldırımlı Yollarla” əsərini ikiqat Oskar mükafatçısı, tanınmış bəstəkar Franz Vaksmanın dirijorluğu ilə simfonik orkestrin ifa etdiyini diqqətə çatdırıb. “Bir Ürək Xilas Et” fondunun rəhbəri, tanınmış kardioloq İzhar Xaruzi təmsil etdiyi təşkilat adından çıxış edərək, zəngin Azərbaycan mədəniyyəti ilə tanış olmaları üçün yaradılan fürsətə görə təşəkkürünü bildirib. Dəyərli mədəniyyət nümunələrinin sərhəd tanımadığını vurğulayan İ. Xaruzi, Azərbaycan musiqisinin amerikalı sənətsevərlərdə daim dərin rəğbət hissi yaratdığını qeyd edib. Sonra “Yeddi Gözəl” baletinin videoyazısı nümayiş etdirilib. Tamaşaçıların böyük rəğbətinə səbəb olan nümayiş sürəkli alqışlarla qarşılanıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
