Beynəlxalq Diabet Gününə həsr olunan elmi-praktik konfrans keçirilib11-11-2016, 14:22
Çap et REM-nin direktor müavini Babək Saleh bildirib ki, 1991-ci ildən Beynəlxalq Diabet Federasiyasının və Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə Nobel mükafatına layiq görülmüş tədqiqatçı alim Frederik Bantinqin doğum günü Diabet Günü kimi qeyd olunur. O deyib ki, 2006-cı ildən BMT bu günü qeyd etməyi bütün üzv dövlətlərə tövsiyə edib: “Hər il bütün dünyada qeyd edilən Diabet Gününün mahiyyəti qlobal problem olan şəkərli diabet xəstəliyi ilə mübarizənin yollarını müzakirə etmək, görülən işlər haqqında hesabat vermək və xəstəliyə qarşı maarifləndirmə işləri aparmaqdır. Hər il müxtəlif şüarlar altında qeyd olunan tarix bu il “Diabet zamanı gözlər” adı altında diabetin ən ağır fəsadlarından olan retinopatiyalara həsr edilib”. Diabetin qarşısı alına bilən xəstəlik olduğunu söyləyən ADL-nın sədri Yeganə Sultanova isə bildirib ki, düzgün qidalanma, fiziki aktiv həyat tərzi, pis vərdişlərdən imtina 70%-ə qədər şəkərli diabet tip2 ilə xəstələnmənin qarşısını alır. Onun sözlərinə görə, bu, o deməkdir ki, 160 milyona qədər insan daha az şəkərli diabetlə xəstələnəcək. Tədbirin davamında “Diabet və onun fəsadları” mövzusu ətrafında məruzələrlə çıxışlar olub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
