Putin və Tramp arasında telefon danışığı olub15-11-2016, 09:29
Çap et Bu gün Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp arasında telefon danışığı olub.Rusiya lideri prezident seçkilərində qazandığı qələbə münasibətilə həmsöhbətini təbrik edib və seçkiqabağı proqramının həyata keçirilməsində ona uğurlar arzulayıb. Putin yeni ABŞ administrasiyası ilə siyasi dialoqu bərabərlik, qarşılıqlı hörmət və bir-birilərinin işinə müdaxilə etməmək prinsipləri şərti ilə qurmağa hazır olduğunu bildirib. Söhbət zamanı Putin və Tramp Rusiya-ABŞ münasibətlərinin hazırkı durumunu qeyri-qənaətbəxş hesab edərək, münasibətlərin normallaşdırılması və konstruktiv əməkdaşlıq istiqaməti üzrə yönəldilməsinin vacibliyini vurğulayıblar. “Putin və Tramp ümumi düşmən olan beynəlxalq terrorizm və ekstremizmə qarşı səylərin birləşdirilməsinin zəruriliyini qeyd ediblər. Bu baxımdan Suriya böhranının nizamlanması məsələləri müzakirə olunub. Gələcəkdə əlaqələrin telefon vasitəsi ilə davam etdirilməsi nəzərdə tutulub. Şəxsi görüşün hazırlanması üçün hər iki tərəfin nümayəndələrinə tapşırıqlar verilib”, Kremlin məlumatında deyilir. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Bu gün Rusiya prezidenti Vladimir Putin və ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp arasında telefon danışığı olub.