Heqiqet.Az » iqtisadiyyat » Dövlət büdcəsinə gömrük daxilolmaları 36% artıb


Dövlət büdcəsinə gömrük daxilolmaları 36% artıb

15-11-2016, 18:41
Çap et
Dövlət büdcəsinə gömrük daxilolmaları 36% artıb Bu ilin oktyabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 183 mln. 134,6 min manat təşkil edib.
Daxilolmalar ötən ilin eyni ilə müqayisədə 48 mln. 850,1 min manat və ya 36,4% artıb, sentyabr ayı ilə müqayisədə isə 44 mln. 515,3 min manat və ya 19,55% azalıb
Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 57 mln. 108,9 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 117 mln. 649 min manat, aksizlər üzrə 5 mln. 884,6 min manat, yol vergisi üzrə isə 2 mln. 492,1 min manat təşkil edib.
Bundan öncə DGK sədri Aydın Əliyev bildirib ki, gömrük orqanları proqnoz tapşırığı cari ilin oktyabr ayının 1-dək yerinə yetirib. Qeyd edilən dövrədək DGK xətti ilə dövlət büdcəsinə 1 mlrd. 810 mln. manat daxil olub.
Reytinq: