Heqiqet.Az » dunya » Misir prezidentinə qarşı hazırlanan iki sui-qəsdin qarşısı alınıb


Misir prezidentinə qarşı hazırlanan iki sui-qəsdin qarşısı alınıb

21-11-2016, 10:33
Çap et
Misir prezidentinə qarşı hazırlanan iki sui-qəsdin qarşısı alınıb Misirin təhlükəsizlik qüvvələri ölkə prezidenti Əbdülfəttah əs-Sisiyə qarşı iki sui-qəsd cəhdinin qarşısını alıb.
Bunu Misirin baş prokuroru Nabil Sadek bəyan edib.
Baş prokuror qeyd edib ki, biri Səudiyyə Ərəbistanında olmaqla, iki terrorçu qrup Misir prezidentini öldürməyi planlaşdırırmış. Sui-qəsd cəhdlərindən birinin Misir prezidentinin Məkkədə ümrə ziyarəti zamanı həyata keçirilməsi nəzərdə tutulurmuş.
Misir Hərbi Prokurorluğu tərəfindən istintaqı aparılan cinayət işi çərçivəsində onlarla şübhəli saxlanılıb.
Reytinq: