“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” Respublika müsabiqəsinin final mərhələsi sona çatdı22-11-2016, 13:27
Çap et Keçirilən müsabiqənin 8 zona mərhələsində 9 nominasiya “Meyvəçilik”, “Arıçılıq”, “Heyvandarlıq”, “Meşə məhsulları”, “Tərəvəzçilik”, “Subtropik bitkilər”, “Gülçülük”, “Dənli bitkilər”, “Balaca fermer” nominasiyaları üzrə 1500 iştirakçıdan 100 məktəbli yekun mərhələsində iştirak etmək hüququ qazanmışdır. Respublika üzrə 31 şəhər və rayon bu müsabiqədən qeydiyyatdan keçib və final mərhələsində Dağlıq Şirvan zonası üzrə Şamaxı, Qobustan, İsmayıllı, Ağsu; Gəncə-Qazax zonası üzrə Gəncə, Göygöl, Şəmkir, Goranboy, Tovuz, Qazax; Naxçıvan zonası üzrə Naxçıvan; Aran zonası üzrə Göyçay, Salyan, Ağdam, Hacıqabul, Ucar, Yevlax, Bərdə; Lənkaran-Astara zonası üzrə Lənkəran; Şəki-Zaqatala zonası üzrə Şəki, Oğuz, Balakən, Zaqatala, Qax; Bakı-Abşeron zonası üzrə Bakı, Sumqayıt və Şabran rayonunun orta ümumtəhsil məktəblərinin şagirdlərinin, rayon ekoloji tərbiyə və təcrübəçilik mərkəzlərinin dərnək üzvləri iştirak ediblər. 18 noyabr 2016-cı il tarixdə “Bakı Biznes Mərkəzində” Təhsil Nazirliyi tabeliyində fəaliyyət göstərən Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Firuzə Sultan-zadə Respublika müsabiqəsinin final mərhələsinin rәsmi açılışında iştirakçılarını salamlayaraq tədbiri açıq elan etdi. İlkin təqdimatda Azərbaycanın aqrobiomüxtəlifliyinin qorunması və ekoloji təmiz kənd təsərüfatı məhsullarının əldə edilməsində məktəblilərin görülmüş işlər barədə ətraflı məlumat verildi. Gənc tədqiqatçılara təqdim olunan seçimlər nəzərə alınaraq müsabiqədə müxtəlif aqrar bölmələr üzrə hazırlanmışdır. Uğurlu çıxışların sonunda gənc tədqiqatçılar qızıl medal, diplom və sertifikatlara layiq görülüblər. Nominasiyalar üzrə qaliblər: “Dənli bitkilər” - I yer Seyidov Ayxan (kollektiv - Qobustanı), II yer İsmayılova Minurə (Tovuz); “Heyvandarlıq” - I yer Cabbarlı Dəniz (kollektiv - Bakı), II yer Aslanzadə Sahil (Tovuz), III yer Nağıyev Ramil (Tovuz); “Subtropik bitkilər” - I yer Səfərli İlkanə (kollektiv - Lənkaran), II yer Seyidzadə Kamran (kollektiv - Lənkaran); “Gülçülük” - I yer Əlizadə Fidan (kollektiv - Bakı), II yer Haqverdiyeva Leyla (kollektiv - Bakı), III yer Seyidova İlqarə (kollektiv - Bakı) və Həmzəyeva Almaz (kollektiv - Bakı); “Meyvəçilik” - I yer Əliyeva Elza (Balakən), II yer Teymurova Kamilla (Hacıqabul), III yer Vəliyev Elbəy (Bakı); “Arıçılıq” - I yer Yusif Həsənov (Balakən), II yer Xanım Ömərova (ailə - Zaqatala), III yer Qurbanova Səbinə (kollektiv - Şamaxı); “Tərəvəzçilik” - I yer İsmixanova Aysu (Gəncə), II yer Kələntərli Leyla (Bakı), III yer Nəcəfova Zərnigar (Bakı); “Meşə məhsulları” - I yer Şirəliyev Elsevər (kollektiv - İsmayıllı), II yer Əlizadə Firəvan (kollektiv - Bakı), III yer Əliyeva Aytac (Hacıqabul). Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
