Peşəkar müəllim - Zəminə Əsədova23-11-2016, 13:05
Çap et Peşəkar müəllim olmaq məsuliyyətili və çətindir. Çünki bunun üçün gərgin əmək, səbr, böyük təmkin, başqalarının qəlbinə yol tapmaq qabiliyyəti tələb olunur. Bütün bunların öhtəsindən Zəminə müəllimə zərgər dəqiqliyi, pedaqoji ustalıq ilə öz peşəsinə vurğunluğunun, qayğı və tələbkarlığının, potensial imkanlarının, intellektual səviyyəsini və ən əsası isə əsil peşəkar müəllimliyinin sayəsində gəlmişdir. Zəminə müəllimə dərslərini yüksək səviyyədə keçirilməsl, gərgin əməyi, ciddi səyi, yorulmazlığı, şagirdlər, valideynlər və məktəb kollektivi ilə səmimi, mehriban ünsiyyəti, yetirmələrinə sözün həqiqi mənasında ana qayğıkeşliyi göstərməsi ilə seçilir. Zəminə müəllimə məktəbin içtimai işlərində, eləcə də əlamətdar günlərdə keçirdiyi tədbirlərlə də seçilir. Bu tədbirlər unudulmaz olur. Belə bu yaxınlarda 7a və 7 b sinif şagirdləri ilə təşkil etdiyi "Xocalı Soyqırımı" ingilis didlidə tədbir buna sübutdur. Məktəb rəhbərliyi pedaqoji kollektivin və qonaqların cəlb edildiyi tədbirdə o müdhiş gecənin anlarmı əks etdirən şəkillər, tablolar və səhnələr hazırlanmışdır. Şagirdlər Xocalı soyqırımma həsr olunmuş şeirlər söylədikdə sanki hər kəsə o anları xatırladır və yaşadırdılar. My Tragedy That day continues to dawn on me that very day My Tragedy The fear, hatred, and sadness of my lost beloved Khojali My heart aches with pain and sorrow The thought takes my breath away I often talk to you and pray that you will stay The day continues to dawn on me That very day İngilis dilində hazırlanmış tədbir Xocalının tarixi haqqında məlumat verildi, videoçarx, Elvin Eminsoyun, Çingiz Mustafayevin videoları (Xocalı haqqında) slaytlar göstərildi. Qeyd olundu ki, Xocalı faciəsi kəlməsi qan dondurur, tükləri ürpərdir, o qanlı faciəni insan deyilən məxluq tərəfindən törədildiyinə inanmaq olmur, terror, genosid, təcavüz, işğal və s. bu kimi insanlığa sığmayan hallardan bəşər övladı heç zaman sığortalanmayıb. Amma Azərbaycana qarşı erməni qəsibkarları tərəfindən törədilən soyqırım bunların ən dəhşətlisi, ən amansızıdır. Tədbirdə Xocalı faciəsinə ucaldılmış abidələrin hansı ölkələrdə olması, tanınması öz əksini tapdı. "Xocalıya Ədalət" Justice bor Khojaly çağrışı altında davam edən tədbir heç zaman yaddaşlardan silinməyəcək. Tarix boyu-namərd düşmən hər zaman torpaqlarımıza göz dikmişdir. Xalqımız bu smaqlardan uğurla keçib, düşmənə boyun əyməmişdir. Azərbaycan heç vaxt məğlub olmayacaq. Poladı əysələr də sındırmaq mümkün deyil. Nahidə Aslanqızı Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
