Prezident Kitabxanasında 3 dildə nəşr olunmuş İrəvan xanlığının tarixinə dair broşürlər təqdim olunub24-11-2016, 16:06
Çap et Təqdimat mərasimi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu, Prezident Kitabxanası və “Azərbaycan Tarixçiləri” İctimai Birliyinin (ATİB) birgə təşkilatçılığı ilə reallaşıb. Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, “İrəvan xanlığı” və digər fundamental tədqiqatlar kimi bu əsərlər də Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə yazılıb: “Azərbaycanın dövlətçilik tarixində mühüm yer tutan İrəvan xanlığının tarixi keçmişinə və mədəni irsinə həsr edilmiş yeni nəşrlərdən ikisinin - “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” və “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri” broşürlərinin yazılmasında kitabxanadakı erməni dilində olan ədəbiyyatdan geniş istifadə edilib. Arzu edirəm ki, Tarix İnstitutu bundan sonra da İrəvan xanlığının sosial-iqtisadi, mədəni həyatının digər mühüm istiqamətlərini özündə əks etdirən kiçikhəcmli bröşürlər hazırlayıb nəşr etdirsin”. Tarix İnstitutunun direktoru Yaqub Mahmudov qeyd edib ki, müasir Ermənistan Respublikasının ərazisi yaxın keçmişdə - XIX əsrin əvvəllərində Azərbaycan dövləti olan İrəvan xanlığının torpaqları olub. Onun sözlərinə görə, 1918-ci il mayın 29-da Şimali Azərbaycanda – keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradılıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
