Uffe Riis Sorensen: Bakı Konqresi dünya mediasının inkişafına mühüm töhfələr verəcək30-11-2016, 13:45
Çap et Bu sözləri Dünya Xəbər Agentlikləri Konqresinin sabiq baş katibi Uffe Riis Sorensen deyib. Uffe Riis Sorensen qeyd edib ki, V Konqres, həmçinin Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası təcrübə mübadiləsi üçün çox yaxşı imkan yaratdı. Konqres çərçivəsində səmərəli görüşlər keçirildi və xəbər agentlikləri qarşısında duran çağırışlarla bağlı müzakirələr aparıldı. Tədbirin bu baxımdan da əhəmiyyəti çox böyükdür. Dünya Xəbər Agentlikləri Konqresinin sabiq baş katibi AZƏRTAC ilə dostluq münasibətlərinin daim davam edəcəyini söyləyib. O, V Konqresin yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə Azərbaycan Prezidentinə, Heydər Əliyev Fonduna və AZƏRTAC-a minnətdarlığını ifadə edib. U.R.Sorensen Prezident İlham Əliyev ilə görüşün onda dərin təəssüratlar yaratdığını vurğulayıb. O, Bakıda olduğu müddətdə şəhərin görməli yerləri ilə tanışlıq fürsəti də əldə etdiyini deyib. Sabiq baş katib Bakı xatirələrini heç vaxt unutmayacağını bildirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
