Heqiqet.Az » siyaset » Prezident İlham Əliyev rumıniyalı həmkarını təbrik etdi


Prezident İlham Əliyev rumıniyalı həmkarını təbrik etdi

1-12-2016, 12:49
Çap et
Prezident İlham Əliyev rumıniyalı həmkarını təbrik etdi Prezident İlham Əliyev Rumıniyanın Prezidenti Zati-aliləri cənab Klaus İohannisi təbrik edib.
Təbrikdə deyilir:
Rumıniyanın milli bayramı – Birlik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Azərbaycan ilə Rumıniyanı dostluq və sıx əməkdaşlıq münasibətləri birləşdirir. İnanıram ki, strateji xarakter daşıyan tərəfdaşlığımız, ikitərəfli və çoxtərəfli qaydada səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam edəcək. Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Rumıniya xalqına daim sülh və rifah diləyirəm.
Reytinq: