Avropa Oyunlarında 8-ci qızıl medalı qazandıq17-06-2015, 10:55
Çap et Bakı 2015 birinci Avropa Oyunlarında qadınlar arasında güləş yarışlarının ikinci günündə Azərbaycan idmançıları daha bir qızıl medal qazanıblar. Bakının Heydər Əliyev adına İdman Sarayında keçirilən qadın güləşçilərin yarışında 53 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan təmsilçisi Anjela Doroqan finalda Polşa güləşçisi Roksana Zasina ilə qarşılaşıb. Anjela Doroqan gərgin mübarizə şəraitində keçən görüşdə rəqibinə ilə 3:2 hesabı ilə qalib gəlib. Bu, Azərbaycanın Avropa Oyunlarında qazandığı 8-ci qızıl medaldır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
