Prezident İlham Əliyev Rusiyanın daxili işlər nazirini qəbul edib6-12-2016, 17:37
Çap et Görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hüquq mühafizə orqanları, daxili işlər nazirlikləri arasında uğurla inkişaf etdiyi bildirildi, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi qeyd olundu. Səfər zamanı Daxili İşlər nazirlikləri arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıqla bağlı məsələlərin müzakirə ediləcəyi vurğulandı, əlaqələrimizın gələcəkdə daha da möhkəmləndiriləcəyinə əminlik ifadə olundu. Rusiya Federasiyasının daxili işlər naziri Vladimir Kolokoltsev ölkələrimizin daxili işlər orqanları arasında əməkdaşlığa göstərdiyi diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi. Azərbaycan-Rusiya-İran prezidentlərinin birinci Bakı Sammitinə toxunan Vladimir Kolokoltsev Sammitdə dövlət başçıları tərəfindən imzalanan Bəyannamənin qarşılıqlı faydalı əməkdaşlıq və birgə fəaliyyətlə bağlı məsələlərin müzakirəsi zamanı əlaqələrin inkişafı üçün əlavə stimul yaratdığını dedi. Azərbaycan-Rusiya-İran prezidentlərinin birinci Bakı Sammitinin əhəmiyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev bu formatın artıq formalaşdığını və bunun, həmçinin regionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi işinə istiqamətləndiyini dedi. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
