Heqiqet.Az » dunya » İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb


İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb

8-12-2016, 10:19
Çap et
İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb İndoneziyanın Açe əyalətində zəlzələ nəticəsində ölənlərin sayı 99 nəfərə çatıb.
750 nəfər müxtəlif dərəcəli xəsarət alıb, onlardan 136-nın vəziyyəti ağır kimi qiymətləndirilir.
Təbii fəlakət nəticəsində öz evlərini tərk etməyə məcbur olan 3 200 nəfər xüsusi təxliyə mərkəzlərinə yerləşdiriliblər.
Xatırladaq ki, ötən gün İndoneziyada 6,4 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Sumatra adasının şimalında, ocağı isə 10 km dərinlikdə yerləşib.

***
02:54
İndoneziyanın Açe əyalətində zəlzələ nəticəsində ölənlərin sayı 97 nəfərə çatıb.
613 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Təbii fəlakət nəticəsində 200-dən çox yaşayış evi, tədris müəssisəsi və məscid dağılıb.
Hazırda hadisə yerinə cəlb edilən 1000-dən çox xilasedici dağıntılar altında qalanları xilas etməyə çalışır. Ölkə rəsmiləri ölənlərin sayının artacağını istisna etmirlər.
Xatırladaq ki, ötən gün İndoneziyada 6,4 bal gücündə zəlzələ baş verib.
Reytinq: