Petr Çex: “Azərbaycanla oyun işimizi çətinləşdirdi”14-12-2016, 10:40
Çap et “Seçmə mərhələdən əvvəl millidəki karyeramı bitirməyim yığma üçün yaxşı olmadı. Amma digər tərəfdən qərarımı düzgün sayıram”. Bu sözləri “Arsenal”ın qapıçısı Petr Çex deyib.Ölkəsinin mətbuatına açıqlama verən 34 yaşlı qolkiper milli karyerasını bitirməsindən və Çexiya yığmasının DÇ-2018-in seçmə mərhələsindəki çıxışından danışıb. Çexlərin Azərbaycan yığması ilə qolsuz bərabərliyə qaldığı matça da toxunan qapıçı maraqlı fikirlər səsləndirib: “Həm klubda, həm də millidə oynamaq, vaxtımın çoxunu yollarda keçirmək artıq məni yorurdu. İllər ərzində bu rejimdə oynadım və başa düşdüm ki, daha gücümün 100 faizini meydanda qoya bilmirəm. Özümü aldada bilməzdim, buna görə də, qərar verməli idim. Düzdü, mənim yoxluğumda milli seçmə mərhələyə yaxşı başlamadı. Şimali İrlandiya və Azərbaycanla ev görüşlərində xallar itirildi. Bu iki oyun işimizi çətinləşdirdi. Halbuki, həm Şimali İrlandiya, həm də Azərbaycanla qarşılaşmada Çexiya yığması yaxşı oyun göstərdi, qol vəziyyətləri yaratdı. Sadəcə, imkanlardan istifadə edə bilmədi. Nəticədə ardıcıl 2 ev matçındakı xal itkisi yığmanı təzyiq altına saldı. Nəhayət, Norveçlə qarşılaşmada komanda tilsimi qıra bildi. Yaxşı oyun göstərib, dünya çempionatından kənarda qalmaq heç yaxşı olmaz”. Qeyd edək ki, 2002-2016-cı illərdə Çexiya yığmasının formasını geyinmiş Çex millidə 124 oyun keçirib. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

“Seçmə mərhələdən əvvəl millidəki karyeramı bitirməyim yığma üçün yaxşı olmadı. Amma digər tərəfdən qərarımı düzgün sayıram”. Bu sözləri “Arsenal”ın qapıçısı Petr Çex deyib.