Heqiqet.Az » sosial » Azərbaycanda işçinin iş yerinə dair elektron arayış əldə etməsi proseduru müəyyənləşib


Azərbaycanda işçinin iş yerinə dair elektron arayış əldə etməsi proseduru müəyyənləşib

16-12-2016, 10:09
Çap et
Azərbaycanda işçinin iş yerinə dair elektron arayış əldə etməsi proseduru müəyyənləşib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “İş yerinə dair arayışın verilməsi üzrə inzibati reqlament”i təsdiq edib.
Reqlament dekabrın 13-dən qüvvəyə minib.
Reqlamentə əsasən www. e-mlspp.gov.az, www.e-eesmn.gov.az, www.e=gov.az internet ünvanlarında təqdim edilən elektron xidmət işçi tərəfindən iş yerinə dair arayışın formalaşdırılmasını və əldə edilməsini nəzərdə tutur.
Elektron xidmətdən istifadə üçün istifadəçi www. e-mlspp.gov.az, www.e-eesmn.gov.az, www.e=gov.az internet ünvanlarından birinə daxil olur, portalın mövcud autentifikasiya vasitələrindən istifadə etməklə “İş yerinə dair arayışın verilməsi” elektron xidmətini seçir, özü barədə iş yerinə dair arayışı formalaşdırır. İstifadəçi prosedurlara uyğun məlumatları tam doldurduqda elektron informasiya-sistem tərəfindən sorğu qəbul olunur və iş yerinə dair arayışı bu sistemdən real vaxt rejimində əldə edir. İstifadəçi prosedurları keçmədikdə və ya səhv keçdikdə, həmçinin məlumatları tam daxil etmədikdə sorğu qəbul olunmur. Elektron xidmət tam avtomatlaşdırıldığından hər hansı inzibati əməliyyat mövcud deyil. Elektron xidmətin göstərilməsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məsuliyyət daşıyır. Proses istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun elektron informasiya sistemində emalı müddətindən asılıdır. İstifadəçi müvafiq autentifikasiya vasitəsindən istifadə etməklə xidmətə daxil olduqda onun barəsində elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişləri ekranda əks olunur. Bu bildirişlərdən hər hansı biri seçilməklə sorğu verildikdə seçilmiş əmək müqaviləsi bildirişinə uyğun olaraq iş yeri, vəzifəsi (peşəsi), əmək müqaviləsinin bağlandığı tarix və müddəti, aylıq əmək haqqı ilə bağlı məlumatlar əsasında formalaşdırılmış iş yerinə dair arayış təqdim olunur.
Reytinq: