Heqiqet.Az » iqtisadiyyat » Gələn il üçün yaşayış minimumu təsdiq edildi - ARTIM VAR


Gələn il üçün yaşayış minimumu təsdiq edildi - ARTIM VAR

16-12-2016, 13:07
Çap et
Gələn il üçün yaşayış minimumu təsdiq edildi - ARTIM VAR Bu gün Milli Məclisin plenar iclasında "2017-ci il üzrə yaşayış minimumu haqqında" qanun layihəsi qəbul edilib.
Məlumata görə, 2017-ci ildə Azərbaycanda yaşayış minumumu 155 manat həcmində proqnozlaşdırılır ki, bu da ötən ilki göstəricidən 13,97 fazi çoxdur.
Əhalinin sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu isə əmək qabiliyyətli əhali üçün - 164,5 manat, təqaüdçülər üçün - 130,2 manat, uşaqlar üçün - 136,6 manat təşkil edəcək.
Qeyd edək ki, cari ildə yaşayış minimumu 136 manat təşkil edib ki, o cümlədən əmək qabiliyyətli əhali üçün - 145 manat, təqaüdçülər üçün - 115 manat, uşaqlar üçün - 118 manat təşkil edib.
Büdcə zərfində 2017-ci il və növbəti 3 il üçün yaşayış minimumunun artırılması nəzərdə tutulur. Belə ki, 2018-ci ildə 162,6 manata, 2019-cu ildə 169 manata, 2020-ci ildə isə 174,9 manata çatdlırlması proqnozlaşdırılır.
Reytinq: