Türkiyədə azərbaycanlı yazarın pyesinin ilk tamaşası olub19-12-2016, 11:09
Çap et İstanbulun Kadıköy rayonundakı Azərbaycan Mədəniyyət Evinin dəstəyi ilə hazırlanan tamaşanın başlamasından əvvəl çıxış edən Azərbaycan Mədəniyyət Evinin başqanı Hikmət Əlp bildirib ki, son günlərdə baş vermiş terror hadisələri “Adsız qadın” pyesinin mövzusunun daima aktual olduğunu ortaya qoyub. H. Əlp deyib ki, bu əsər bəşəri faciə olan soyqırıma, terrora, günahsız insanların, qadınların, qocaların, uşaqların ölümünə qarşı sərt etiraz manifestidir: “Terrorun bizi zəif salmağa çalışdığı bu günlərdə mənəvi birliyimizə hər şeydən daha çox ehtiyac var. Bu əsərin bizə mənəvi dəstək verəcəyinə inanıram”. “Adsız qadın” pyesində Xocalı soyqırımı əsas alınaraq müharibələrə, soyqırımlara, terrorizmə qarşı etiraz nümayiş etdirilib. Baş rolunu azərbaycanlı teatr aktrisası Kamalə Kamal Nəbibəyovanın oynadığı “Adsız qadın” pyesinin quruluşçu rejissoru Elçin İmanov bildirib ki, maddi sıxıntılara baxmayaraq, indiki dövrdə bu əsəri Türkiyədə səhnəyə qoymaqdan məmnundurlar. Qeyd edək ki, rejissor E. İmanovun avqustda İstanbulun Oda teatrında tamaşaya qoyduğu yazıçı-dramaturq Firuz Mustafanın “Maneken” əsərində də Kamalə Kamal Nəbibəyova baş rolda oynayıb. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
