Heqiqet.Az » sehiyye » Bu il Azərbaycanda 5 adda dərman vasitəsinin idxalına və satışına qadağa qoyulub


Bu il Azərbaycanda 5 adda dərman vasitəsinin idxalına və satışına qadağa qoyulub

20-12-2016, 15:39
Çap et
Bu il Azərbaycanda 5 adda dərman vasitəsinin idxalına və satışına qadağa qoyulub Ölkədə dərmanlarla bağlı yeni qanun layihəsi və qaydalar hazırlanır
Bu il dərman vasitələrinin keyfiyyətinin yoxlanılması laboratoriyası tərəfindən 28000-ə yaxın dərman vasitəsinin analizi aparılıb.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərman Vasitələrinin Yoxlanması Laboratoriyasının müdiri Polad Hacıbalayev bildirib ki, onlardan 15000-dən çox dərman vasitəsi müsbət qiymətləndirilib. Onun sözlərinə görə, 5 adda dərman vasitəsinin laborator müayinə nəticəsində keyfiyyətsiz olduğu aşkarlandığı üçün ölkəyə idxalına və satışına qadağa qoyulub.
Onun sözlərinə görə, laboratoriya tərəfindən 1000-dən çox normativ sənəd hazırlanıb və təsdiq olunub: “Həmçinin laboratoriyada saf su alınma sistemi quraşdırılıb. Tərəfimizdən tərtib edilən “Dezinfeksiya fəaliyyətinin təşkilinə və həyata keçirilməsinə dair sanitariya-epidemioloji tələblər”, “Kosmetoloji müəssisələrin (kabinetlərin) yerləşdirilməsinə, quruluşuna, təchizatına və istismarına dair sanitariya normaları və qaydaları” normativ-hüquqi aktlarının layihələrinin, “Stomatoloji tibb müəssisələrinə (kabinetlərinə) dair sanitariya-gigiyena tələbləri”nə əlavə və təkliflərin Ədliyyə Nazirliyində qeydiyyatdan keçməsi zamanı istinad edilən müvafiq qanunlarda mövcud olan kolliziyanın aradan qaldırılması məqsədilə yeni qanun layihəsi hazırlanmaqdadır. Həmçinin, “Dərman vasitələri haqqında” qanuna, İnzibati Xətalar Məcəlləsinə, “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanuna dəyişikliklər barədə təklif və layihələr də aidiyyəti üzrə razılaşdırılaraq müvafiq qurumlara təqdim olunub. Yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının layihəsi hazırlanıb və eynilə razılaşdırılması üçün aidiyyəti qurumlara göndərilib. Hazırda Səhiyyə Nazirliyi tərəfindən dərman vasitələrinin Azərbaycana idxalına rəy verilməsi qaydaları hazırlanmaqdadır”.
Reytinq: