Demo Sayt » dunya » Türkiyədə 236 hərbçi həbs edildi


Türkiyədə 236 hərbçi həbs edildi

20-12-2016, 16:00
Çap et
Türkiyədə 236 hərbçi həbs edildi FETÖ ilə bağlı aparılan istintaq çərçivəsində 280 zabit və 250 gizirin tutulması haqqında qərar qəbul edilib
Türkiyə Silahlı Qüvvələrində “ByLock” kompüter proqramından istifadə etməkdə şübhəli bilinən 530 hərbçidən 236-sı barəsində həbs qətiimkan tədbiri seçilib.
"Haber7" xəbər verir ki, prokurorluğun Terror və mütəşəkkil cinayətlərə qarşı mübarizə bürosu, polis əməkdaşları birlikdə ölkənin 58 əyalətində eyni zamanda əməliyyat keçiriblər.
Məlumata görə, Türkiyə Silahlı Qüvvələrində vəzifə daşıyan Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində 280 zabit və 250 gizirin tutulması haqqında qərar qəbul edilib. Onların 236-sı barəsində həbs qətiimkan tədbiri seçilib.
Qeyd edək ki, “ByLock” FETÖ-çülərin bir-biri ilə əlaqə saxlamaq üçün istifadə etdiyi proqramın adıdır.
Reytinq: