Heqiqet.Az » dunya » Almaniya polisi: Berlində baş vermiş faciə terror aktıdır


Almaniya polisi: Berlində baş vermiş faciə terror aktıdır

20-12-2016, 16:02
Çap et
Almaniya polisi: Berlində baş vermiş faciə terror aktıdır Hadisədə şübhəli bilinən şəxs tutulub
Almaniyanın Daxili İşlər Nazirliyi Berlinin mərkəzindəki Yeni il yarmarkasında baş vermiş faciənin terror aktı olduğunu etiraf edib.
Bu barədə France Press agentliyi məlumat yayıb. Bazar ertəsi günü axşam naməlum şəxs yük avtomobilini yarmarkaya toplaşmış insanların üstünə sürüb. Azı 12 nəfər həlak olub, 48 nəfər yaralanıb.
Hadisədə şübhəli bilinən şəxs tutulub. Onun 23 yaşlı pakistanlı qaçqın olduğu bildirilir.
Reytinq: