Heqiqet.Az » maraqli » Yapon şirniyyatçı şokoladdan kişi ayaqqabıları düzəltdi


Yapon şirniyyatçı şokoladdan kişi ayaqqabıları düzəltdi

21-12-2016, 13:15
Çap et
Yapon şirniyyatçı şokoladdan kişi ayaqqabıları düzəltdi Osakadan olan şirniyyatçı yeni il qabağı şokoladdan düzəltdiyi kişi ayaqqabıları kolleksiyasını təqdim edib.
Şirniyyatçı kolleksiyanı elə ustalıqla hazırlayıb ki, sanki şokoladdan deyil, dəridən istifadə edib.
Kolleksiyaya müxtəlif çalarlı çəkmələr daxildir: tünd-qəhvəyi, açıq-qəhvəyi və qırmızı-qəhvəyi. Şokolad çəkmələrin uzunluğu 26 santimetr, bu isə 40 ayaq ölçüsünə uyğundur.
Hər cüt ayaqqabının qiyməti isə 258 dollardı.

Yapon şirniyyatçı şokoladdan kişi ayaqqabıları düzəltdi
Reytinq: