Məşhur kluba şok qadağa – adı əlindən alındı23-12-2016, 09:52
Çap et Klubun “Stayua” adından istifadə etməklə bağlı Apelyasiya Məhkəməsinə ünvanladığı şikayət rədd edilib. Qərara əsasən, ölkənin Ordu İdman Klubunun razılığı olmadan, bu addan və rəmzlərindən istifadə oluna bilməz. Qeyd edək ki, “Styaua” 1947-ci ildə Ordu İdman Assosiasiyasının nəzdində yaradılıb. 51 il ərzində klub Müdafiə Nazirliyinə məxsus olub. 1998-ci ildən isə klub özəlləşdirilib, yerli hakimiyyət “Styaua” adının istifadə olunmasına icazə verib. Sonradan isə Ordu İdman Klubu bir neçə dəfə “Styaua”nın prezidenti Cidci Bekaliyə qarşı iddia qaldıraraq 2004-2014-cü illərdə müəllif hüququnu pozduğu üçün ondan 37 milyon avro təzminat tələb edib. Bir müddət əvvəl birinci istansiya məhkəməsi klubdan Styaua” adının alınması ilə bağlı iddianı təmin edib. Apelyasiya Məhkəməsi isə qərarı qüvvədə saxlayıb. Rumıniya mətbuatının yazdığına görə, ölkənin ən titullu klubu (o cümlədən 1986-cı il Çempionlar Kuboku (indiki Çempionlar Liqası) və Avropa superubokunun qalibi) olan “Styaua”nın bu ad altında 1998-ci ildə qazandığı bütün mükafatlardan məhrum edilə bilər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
22:10
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyimizi bərpa etmək mümkün oldu12:02
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilibHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
