Heqiqet.Az » iqtisadiyyat » Bakı-Novorossiysk kəməri ilə neft ixracı 40 faiz artıb


Bakı-Novorossiysk kəməri ilə neft ixracı 40 faiz artıb

18-06-2015, 13:52
Çap et
  Bakı-Novorossiysk kəməri ilə neft ixracı 40 faiz artıb Bu ilin yanvar-may aylarında sayğac göstəriciləri əsasında boru kəmərləri ilə 13,869 milyon ton xam neft ixrac olunub.
Heqiqet.az Gün.Az-a istinadən xəbər verir ki, bu göstərici ötən ilə müvafiq dövründən 3% az olub.
Boru kəmərləri ilə ixrac olunan neftin 11,024 milyon tonu Bakı-Tbilisi-Ceyhan boru kəmərinin payına düşüb. Bu boru kəməri ilə ixrac olunan xam neftin həcmi ötən ildən 7% az olub.
Hesabat dövründə Supsa boru kəməri ilə 1,833 milyon ton xam neft ixrac olunub. Supsa boru kəməri ilə ixrac olunan xam neftin həcmi isə 7,6 % artıb.
İlin beş ayında Şimal boru kəməri (Bakı-Novorossiysk) ilə ixrac olunan neftin miqdarı ötən ilin müvafiq dövründən 40% artaraq 594,071 min ton təşkil edib.
Bu dövrdə dəmiryolu ilə 417,543 min ton xam neft daşınıb ki, bu da ötən ilin müvafiq dövründən 16,8% artıq olub.
Reytinq: