Azərbaycanda yetkinlik yaşına çatmayanların məcburi əməyə cəlb edilməsi aşkarlanıb10-01-2017, 18:40
Çap et 2016-cı ildə 2 işə götürən tərəfindən 15 yaşına çatmamış şəxslərin işə cəlb edilməsi faktı aşkar edilib. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin böyük məsləhətçisi Pərviz Əliyev bildirib.Onun sözlərinə görə, hər iki qanun pozuntusu ilə bağlı işə götürənlər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 2000 manat məbləğində inzibati cərimə tətbiq olunub. P. Əliyev qeyd edib ki, yerli icra hakimiyyəti orqanlarının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar tərəfindən uşaqların əməyə cəlb olunması ilə əlaqədar ictimai-iaşə müəssisələrində, ailə təsərrüfatlarında reydlər mütəmadi keçirilir: “Azərbaycan konstitusiyası və qanunvericilik aktlarına əsasən 15 yaşdan yuxarı şəxslər məşğulluğa cəlb edilə bilərlər. Lakin bu halda işə götürən tərəfindən uşağın sağlamlığına, təhsilinə mane törədilməməlidir. Ümumiyyətlə, məcburi əmək insan alverinin bir növüdür”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

2016-cı ildə 2 işə götürən tərəfindən 15 yaşına çatmamış şəxslərin işə cəlb edilməsi faktı aşkar edilib. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin böyük məsləhətçisi Pərviz Əliyev bildirib.