Şamaxının Mədrəsə kəndində sürüşmənin əhatə dairəsi genişlənib11-01-2017, 14:47
Çap et Onun sözlərinə görə, çökmə nəticəsində əsas kənd arası yol bağlanıb: “Biz həmin vaxt ərazidə monitorinq aparanda bildirdik ki, yarğan boyu yerləşən evlərə təhlükə gözlənilir. Çünki evlərdə çatlar yaranmışdı. Hazırda sürüşmə prosesi sönməyib. Havanın da belə qeyri-stabil keçməsi ilə əlaqədar torpaq rütubətlidir, tam doyub və ilişmə qüvvəsini itirib. Həm də kənd sürüşməyə meylli, təxminən 40-45 dərəcə mailliyi olan yamacda yerləşir”. Ə. Qaralov qeyd edib ki, rayonun Mədrəsə kəndində isə bir müddət əvvəl baş vermiş sürüşmə nəticəsində 20 hektar ərazidə vətəndaşlara verilmiş pay torpaqları yararsız vəziyyətə düşüb: “Ərazidə çökmə-sürüşmə baş vermiş və yarğanlar əmələ gəlmişdi. Hətta kəndə bitişik bir neçə fərdi yaşayış evini köçürmüşdülər. 20-yə yaxın fərdi yaşayış evində isə çatlar əmələ gəlmişdi. Hazırda Mədrəsə kəndində sürüşmə öz əhatə dairəsini genişləndirib. Sürüşmə sahəsi təxminən 40 hektara yaxın ərazini əhatə edir. Sürüşmə prosesi aktiv fazadadır. Kənddə textonik çatlar boyu çoxsaylı səth suları çıxıb. Həmin sular da axaraq yarğanlar əmələ gətirib, sürüşmə prosesini artıb. Pay torpaqları isə əkin-biçin üçün yararsız vəziyyətə düşüb”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
