Heqiqet.Az » iqtisadiyyat » Bu il Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 166 mln. manat ayrılıb


Bu il Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 166 mln. manat ayrılıb

11-01-2017, 15:20
Çap et
Bu il Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 166 mln. manat ayrılıb Bu il Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) Bakı-Tiflis-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə ayrılacaq vəsait məlum olub.
Cari ildə bu məqsəd üçün 165 mln. 825 min manat vəsait xərclənəcək. Bu, 2016-cı il ilə müqayisədə 28 mln. 203,3 min manat və ya 20,49% çoxdur.
Qeyd edək ki, bu, Azərbaycan prezidentinin Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında imzaladığı fərmanda əks olunub.
Reytinq: