Heqiqet.Az » iqtisadiyyat » Bakıda daha bir marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib


Bakıda daha bir marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib

13-01-2017, 14:18
Çap et
Bakıda daha bir marşrut xəttinin hərəkət istiqaməti dəyişdirilib Müntəzəm sərnişindaşıma ilə məşğul olan 92 nömrəli marşrut xəttinin hərəkət istiqamətində müvəqqəti dəyişiklik edilib.
Bakı Nəqliyyat Agentliyindən verilən xəbərə görə, Xocəsən-Binəqədi-Biləcəri yolunun bir hissəsinin asfalt örtüyünün yenidən salınması ilə əlaqədar 92 nömrəli marşrut xətti son dayanacaq kimi "Dördyol" adlandırılan ərazidən dönərək əks istiqamətdə hərəkətini davam etdirəcək.
Reytinq: