Ötən il torpağın və yerin təkinin mühafizəsi ilə bağlı 184 akt, 40 protokol tərtib olunub18-01-2017, 10:57
Çap et Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, torpağın mühafizəsi üzrə nazirliyin əməkdaşlarının apardığı araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntuları ilə əlaqədar 131 akt və 32 protokol tərtib olunub, müəyyən edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 26 müddətli “məcburi göstəriş” verilib. 34 iş üzrə 13800 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəyən ziyana görə 18 iş üzrə 68692,8 manat məbləğində iddia qaldırılıb və 309 iş üzrə 32609,8 manat məbləğində ödəmə tətbiq olunub. Hüquq-mühafizə orqanlarına göndərilən 5 işdən 2-nə, icra qruplarına göndərilən 18 işdən 9-na və məhkəmələrə göndərilən 5 işdən 1-nə baxılaraq müvafiq tədbir görülüb. 16 iş isə hazırda icraatdadır. Yerin təkinin mühafizəsi üzrə hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 53 akt və 8 protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 8 müddətli “məcburi göstəriş” verilib. 15 iş üzrə 8600 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəyən ziyana görə 27 iş üzrə 426198,5 manat məbləğində iddia qaldırılıb və 24 iş üzrə 6380 manat məbləğində ödəmə tətbiq olunub. Hüquq-mühafizə orqanlarına göndərilən 15 işdən 10-na, icra qruplarına göndərilən 10 işdən 8-nə və məhkəmələrə göndərilən 20 işdən 2-nə baxılaraq müvafiq tədbir görülüb. 25 iş isə hazırda icraatdadır. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
Hava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
