Heqiqet.Az » sosial » 5 ayda 1500-ə yaxın şəxs peşə təliminə cəlb edilib


5 ayda 1500-ə yaxın şəxs peşə təliminə cəlb edilib

19-06-2015, 15:16
Çap et
5 ayda 1500-ə yaxın şəxs peşə təliminə cəlb edilib Bu ilin 5 ayında 1450 nəfərdən çox vətəndaş peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən cari ilin yanvar-may aylarında işsiz və işaxtaran vətəndaşlar üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə 80 peşə hazırlığı və əlavə təhsil kursu təşkil edilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, kompyuter istifadəçisi, bərbər, qaynaqçı, tikişçi, dərzi, qənnadçı, aşbaz köməkçisi, mebel quraşdırıcısı və s. peşələr üzrə təşkil olunan kurslara ümumilikdə 1453 nəfər şəxs cəlb edilib. Həmin şəxslərdən 652 nəfəri Xidmətin tabeliyindəki Bakı Regional Peşə Tədris Mərkəzində, 63 nəfəri Göyçay Peşə Tədrisi Mərkəzində, qalanları isə ayrı-ayrı müvafiq tədris bazalarında təşkil edilən kurslarda peşə təlimi keçib.
Bununla yanaşı, penitensiar müəssisələrdə cəza çəkməkdən azad ediləcək şəxslərin gələcək məşğulluğunun dəstəklənməsi uçun onların peşə reabilitasiyasının təmin olunması işləri də davam etdirilir. Belə ki, cari ilin beş ayında DMX-in peşə hazırlığı və əlavə təhsil kurslarından 3-ü penitensiar müəssisələrdə təşkil olunub. Həmin kurslara cəza çəkmə müddəti yaxın aylarda başa çatacaq 45 nəfər cəlb edilib.
Reytinq: