Məhsuldarlığın artırılması üçün yeni əkin dövriyyələri sxemləri hazırlanıb23-01-2017, 10:01
Çap et İnstitutun direktoru Əlövsət Quliyev bildirib ki, ilk dəfə subtropik zonanın tərəvəzəyararlı suvarılan torpaqlarının biomorfogenetik diaqnostikası hazırlanıb və ərzaq təhlükəsizliyi baxımından məhsuldarlığın artırılması məqsədilə bölgələr üzrə əkin dövriyyələri sxemləri təklif olunub. Ə.Quliyev qeyd edib ki, tədqiqat zamanı subtropik zonanın suvarılan boz-qonur, boz-çəmən, allüvial çəmən-meşə və qleyli-sarı torpaqlarının kompleks bioloji göstəricilər əsasında bioloji vəziyyətinin inteqral göstəricisi (TBVİG) müəyyən edilib və bioloji qiymətləndirmə aparılıb. Tərəvəzaltı suvarılan torpaqların münbitliyinin qorunub saxlanmasında və artırılmasında əkin dövriyyələrinin rolu bioloji göstəricilər əsasında müəyyən edilib. Direktor əlavə edib ki, bu torpaqların münbitliyinin bərpası məqsədilə kompleks aqromeliorativ tədbirlər sistemi hazırlanmış və təsərrüfatlarda tətbiq edilib. Ə.Quliyevin sözlərinə görə, Azərbaycanın rütubətli subtropik zonasının torpaqları ekoloji qiymətləndirilmiş, monitorinqi aparılmış, münbitlik modelləri hazırlanmış, təbii və mədəni biosenozların səmərəli istifadəsi və yaxşılaşdırılması yolları da işlənilib: "Rütubətli subtropik zona üçün kənd təsərrüfatı bitkilərinin ekoloji tələbinə uyğun qiymət meyarları, təshih əmsalları seçilib, torpaqların aqroekoloji əsasda bonitirovkası və aqroistehsalat qruplaşdirilması aparılıb, müqayisəli dəyərlilik əmsalı tapılıb, 1:100 000 miqyasında bonitet kartoqramı tərtib edilib. Torpaq və mühit amillərinin təzahür dərəcəsi balla qiymətləndirilməsinin yeni konsepsiyası irəli sürülüb, vilayət torpaqlarının, ekoloji qiymət balları tapılıb, 1:100 000 miqyasında ekoloji qiymət xəritəsi tərtib edilib; Çay, üzüm, taxıl, tərəvəzaltı torpaqların müasir vəziyyətini əks etdirən parametrləri əsasında ekoloji münbitlik modelləri işlənib". Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm21:10
Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıbHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
