Heqiqet.Az » gundem » Bakıda döyülüb küçəyə atılan şəxsin DƏHŞƏTLİ SONU - TƏFƏRRÜAT


Bakıda döyülüb küçəyə atılan şəxsin DƏHŞƏTLİ SONU - TƏFƏRRÜAT

23-01-2017, 11:05
Çap et
Bakıda döyülüb küçəyə atılan şəxsin DƏHŞƏTLİ SONU - TƏFƏRRÜAT Bakıda xəstəxanada baş vermiş intihar hadisəsinin təfərrüatı məlum olub. Özünü 2-ci mərtəbədən ataraq intihar edən 46 yaşlı Samir Qurbanov üz nahiyəsinin hematoması ilə xəstəxanaya gətirilibmiş.
Belə ki, 2 gün əvvəl S.Qurbanov küçədə halsız vəziyyətdə aşkarlanıb. Məlum olub ki, o, naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb və soyuqdan donmaq üzrədir. Bu barədə polisə məlumat daxil olub və daha sonra daimi yaşayış yeri olmayan S.Qurbanov Lökbatandakı 19 saylı şəhər xəstəxanasına yerləşdirilib. Burada ona sistem qoşulub, iynələr vurulub və vəziyyəti nisbətən normallaşıb. Dünən isə o, gecə saatlarında özünü palatanın pəncərəsindən atıb. Xəstənin özünü atdığını görən tibb bacıları ona kömək etməyə çalışıb. Lakin artıq gec olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

***
Bakıda intihar hadisəsi baş verib.
Qaradağ rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə saat 04.00 radələrində Lökbatan qəsəbəsində yerləşən 19 saylı xəstəxanada qeydə alınıb. Orada müalicə alan 1971-ci il təvəllüdlü Samir Qurbanov xəstəxananın 2-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətdən hadisə yerində keçinib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Reytinq: