Bakı Fond Birjasında 5 şirkətin üzvlüyünə xitam verildi25-01-2017, 12:34
Çap et “Bakı Fond Birjası” QSC-nin (BFB) Üzvlük Komissiyasının qərarı ilə 2016-cı ilin yanvar ayından etibarən üzvlüyü dayandırılmış “BROKDİL-AZ” MMC, “Çelsi Kapital” MMC, “Bob Broker” MMC, “Standard Kapital” MMC və “Dəmir investisiya şirkəti” QSC “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu və BFB-nin Üzvlük qaydalarına uyğun olmadıqlarına görə BFB-də üzvlüyünə xitam verilib.Qeyd olunmuş təşkilatların qanunvericiliyə uyğunlaşması üçün lazımi prosedurlar bitdikdən sonra onların üzvlüklərinin yenidən bərpasına baxılması BFB tərəfindən nəzərdən keçiriləcək. Qeyd edək ki, “BROKDİL-AZ”, “Bob Broker” MMC, “Standard Kapital” MMC və “Dəmir investisiya şirkəti” QSC BFB-nin səhmdarları olmaqda davam edirlər. Hazırda BFB-nin “Kapital Menecment İ.Ş. ASC”, “İnvest-AZ İ.Ş. QSC”, “Az-Finans İ.Ş. QSC”, “Unicapital İ.Ş. ASC”, “Paşa Kapital İ.Ş. QSC” və “PSG-Kapital İ.Ş. QSC” daxil olmaqla 6 üzvü var. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
21:37
İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək21:35
Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdümHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

“Bakı Fond Birjası” QSC-nin (BFB) Üzvlük Komissiyasının qərarı ilə 2016-cı ilin yanvar ayından etibarən üzvlüyü dayandırılmış “BROKDİL-AZ” MMC, “Çelsi Kapital” MMC, “Bob Broker” MMC, “Standard Kapital” MMC və “Dəmir investisiya şirkəti” QSC “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu və BFB-nin Üzvlük qaydalarına uyğun olmadıqlarına görə BFB-də üzvlüyünə xitam verilib.