“İlk peşə ixtisas təhsili haqqında” qanun layihəsi hazırlanacaq25-01-2017, 13:35
Çap et Milli Məclisin (MM) yaz sessiyası dövründə “İlk peşə ixtisas təhsili haqqında” qanun layihəsi hazırlanacaq.Bu barədə MM-in Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri İsa Həbibbəyli deyib. Onun sözlərinə görə, artıq bu layihənin yaradılması istiqamətində işlərə başlanılıb. Hazırda Azərbaycanda ilk peşə ixtisas təhsili müəssisələrinin fəaliyyətinin Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş nümunəvi nizamnamə əsasında həyata keçirildiyini deyən İ.Həbibbəyli ölkədə peşə təhsili sahəsi üzrə indiyədək qanunun olmadığını nəzərə çatdırıb. “İlk peşə ixtisas təhsili haqqında” qanun layihəsinin hazırlanması üçün bır sıra ölkələrin qanunvericilik bazası ilə tanış olduqlarını deyən İ.Həbibbəyli deyib ki, bır çox ölkələrdə peşə təhsili dövlət, özəl bələdiyyə mülkiyyəti formasında inkişaf edir. İ.Həbibbəyli hesab edir ki, Azərbaycan üçün də bu variant məqbul hesab oluna bilər. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Milli Məclisin (MM) yaz sessiyası dövründə “İlk peşə ixtisas təhsili haqqında” qanun layihəsi hazırlanacaq.