Heqiqet.Az » dunya » Madlen Olbraytdan gözlənilməz addım: islamı qəbul edir


Madlen Olbraytdan gözlənilməz addım: islamı qəbul edir

26-01-2017, 10:29
Çap et
Madlen Olbraytdan gözlənilməz addım: islamı qəbul edir ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt Suriyadan olan qaçqınları qəbul etməkdən və müsəlman ölkələrindən olan miqrantlara viza verməkdən imtina edən prezident Donald Trampa cavab olaraq islamı qəbul etməyə hazır olduğunu açıqlayıb.
Bu barədə o, özünün “Twitter” səhifəsində yazıb. “Mən katolik kimi böyümüş, daha sonra protestantlığı qəbul etmişəm. Bir müddət sonra doğmalarımın əslində yəhudi olduğunu bilmişəm. İndi mən həmrəylik naminə müsəlman olmağa hazıram. Azadlıq heykəlinin üzərində kiçik hərflərlə yazı yoxdur. Amerika istənilən dindən və etnik qrupdan olan insanlar üçün açıq olaraq qalmalıdır", - deyə M. Olbrayt bildirib.
Sabiq dövlət katibi səhifəsinə Azadlıq heykələnin fotosunu da yerləşdirib.
Reytinq: