Heqiqet.Az » maraqli » Budaqda yox, gövdə də meyvə yetişdirən ağac


Budaqda yox, gövdə də meyvə yetişdirən ağac

19-06-2015, 18:30
Çap et
Budaqda yox, gövdə də meyvə yetişdirən ağacBudaqda yox, gövdə də meyvə yetişdirən ağac
Meyvəni ağacların budaqlarında görməyi adət etmişik, lakin bu hər zaman belə olmur. Ağacın gövdəsində də meyvə yetişə bilir. Jabutikaba da məhz gövdəsində meyvə yetişdirən ağacdır.
Cənubi Amerikada bitən bu ağaca, xüsusilə Paraqvay, Argentina və Brazilyada daha çox rast gəlmək olar.
Jabutikabanın gövdəsində əvvəlcə bənövşəyi çiçəklər açır. Bu çiçəklər yavaş-yavaş böyüyərək üzümə bənzər meyvələrə çevrilir.
Çiyələkdən bir az böyük olan meyvələri uzun müddət saxlamaq olur. Ağac iki ildən bir meyvə verir. Bu meyvələrin suyu, mürəbbə, marmalad, meyvə suyu olaraq istifadə edilir. Sağlamlıq üçün çox faydalı olduğu düşünülən jabutikaba, badamcıqlar, astma və ishal problemlərində qaynadılaraq içilir.
Reytinq: