Bakıda zəncirvari qəza - 9 yaralı var1-02-2017, 10:48
Çap et Rayonun Zabrat qəsəbəsi ərazisində 4 avtomobilin toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, yol sürüşkən olduğundan sürücülər idarəetməni itirib və maşınlar bir-birinə dəyib. Nəticədə 9 nəfər xəsarət alıb. Onlardan 4 nəfəri eyni avtomobildə olan bir ailənin üzvləridir. Bunlar 1990-cı il təvəllüdlü Məhərrəmov Cəlil Babək oğlu, 1986-cı ildə anadan olmuş Məhərrəmova Mahnur Tahir qızı, onların 2 və 1 yaşlı oğlanları Cavid və Səid Məhərrəmovlardır. Digər nəqliyyat vasitəsində olan 1968-ci il təvəllüdlü Qasımova Nahidə Şəfi qızı və onun qızı, 1989-cu ildə anadan olmuş Məhərərmova Şəbnəm Babək qızı da müxtəlif dərəcəli bədən xəsarəti alıblar. Qəza zamanı 1980-ci il təvəllüdlü Abdullayev Rasim Əhməd oğlu, 1996-cı ildə anadan olmuş Rzayev Kamran Dilqəm oğlu, həmçinin 1971-ci il təvəllüdlü Verdiyev İlham Məhəmməd oğlu da xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Hadisə yerinə Dövlət Yol Polisinin əməkdaşları cəlb olunub. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|
