Heqiqet.Az » idman » AZAL "Qarabağ"la bacarmadı


AZAL "Qarabağ"la bacarmadı

3-02-2017, 17:57
Çap et
AZAL "Qarabağ"la bacarmadı Azərbaycan Premyer Liqasında 16-cı turun oyunlarına start verilib.
İlk oyunda "Qarabağ" AZAL-ın qonağı olub.
Oyuna meydan sahibləri fəal başlayıblar: 7-ci dəqiqədə Rəşad Abdullayev hesabı açıb. Birinci hissənin sonlarında Sadio Tounkara ikinci sarı vərəqə alaraq meydan sahiblərini azlıqda qoyub.
İkinci hissədə Ağdam təmsilçisi dönüş yarada bilib. Əvvəlcə 60-cı dəqiqədə Maksim Medvedev fərqlənib. 3-cü dəqiqədə isə Coşqun Diniyev "Qarabağ"ı önə keçirib. Bu, matçda vurulan son qol olub - 1:2.
Beləliklə, "Qarabağ" 16 oyundan 36 xalla turnir cədvəlində liderliyini qoruyub.
Reytinq: