25 nəfər əlil uşaq Türkiyəyə müalicəyə göndərilib22-06-2015, 12:26
Çap et ![]() ƏƏSMN-nin mətbuat xidmətindən verilən məlumata görə, yolasalınma zamanı nazirliyin əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev son aylarda Nazirlik tərəfindən 115 nəfərdən çox əlilliyi olan şəxsin Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində bərpa-müalicəsinin təşkil edildiyini bildirib: “Cari ildə 75 nəfər sağlamlıq imkanları məhdud uşağın da Nobel Tibb Mərkəzində 20 günlük ixtisaslaşmış bərpa-müalicə kursu keçməsi təmin olunacaq. Onlardan 25 nəfərini artıq bu gün yola salırıq. Onlar orada 5 ulduz oteldə yerləşdiriləcək və sağlamlıq imkanları məhdudluğun kəskin formalarının aradan qaldırılmasına yönələn səmərəli fizioterapevtik müalicə prosedurlarına cəlb olunacaqlar. Bu işlərə nəzarət etmək, eləcə də mərkəzin bərpa-müalicə sahəsində təcrübəsini öyrənmək üçün ƏƏSMN-dən bir nəfər həkim əməkdaşı da Türkiyəyə ezam olunur”. S.Abdullayev bildirib ki, ümumilikdə cari ildə ötən illə müqayisədə 20 faiz çox, yəni 190 nəfər əlilliyi olan şəxsin və sağlamlıq imkanları məhdud uşağın xaricdə bərpa-müalicəsinin təşkili nəzərdə tutulub. Şöbə müdiri respublika daxilində də sağlamlıq imkanları məhdud uşaqların bərpa-müalicəsi istiqamətində məqsədyönlü işlərin aparıldığını, təkcə ötən il ƏƏSMN-nin Bakı və Naxçıvan şəhərlərindəki Uşaq Bərpa Mərkəzlərində ümumilikdə 3500 nəfərə yaxın sağlamlıq imkanları məhdud uşağa bərpa-müalicə xidməti göstərildiyini də qeyd edib. Reytinq:
|
Son xəbər
|
Xəbər lenti
14:48
QLOBAL SULHÜN AÇARI22:46
Baba eldən aralandı11:32
Azərbaycan UNESCO-nun Dünya Mədəniyyət Siyasətləri və Dayanıqlı İnkişaf Konfransında təmsil olunacaq16:22
44 günlük haqq savaşı12:17
27 sentyabr xalqımızın qəhrəmanlıq, milli həmrəylik və vətənpərvərlik tarixində parlaq bir səhifədirHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|