Arvadından boşandı, 7 gəlinciklə “evləndi”9-02-2017, 10:08
Çap et Çində arvadından boşanan 58 yaşlı Li Çen 7 qadın elastik materialdan hazırlanan gəlinciklə yaşayır.O, 2010-cu ildə qumar asılılığı olan arvadından ayrılıb. İngiltərənin “Daily Mail” qəzetinə açıqlama verən Li deyib ki, bu gəlinciklərə kostyumları ilə bərabər 14.4 min dollara yaxın pul xərcləyib. Amma o, iddia edib ki, bu gəlincik-qadınlara cinsi ehtiyacını ödəmək üçün yox, sırf qızları kimi münasibət göstərir. Gününün böyük bir qismini gəlincik-qadınlarla keçirən çinli adam onları geyindirib bəzəyir, tətillərə, istirahətə aparır və bir yerdə musiqili kliplər çəkdirir. 18 yaşına çatan oğlu Yangyanga hədiyyə olaraq belə bir gəlincik-qadın alan Li deyib ki, oğlunun sıradan bir qadınla cinsi ehtiyaclarını təmin etməsini istəməyib və onu qorumaq üçün belə bir hədiyyə alıb. Yangyang isə deyib ki, anası ona zəng edərək, atasına çox da uymamasını, atası kimi vərdişlərə yiyələnməməsini xahiş edib: “Anam dedi ki, bu, psixoloji və cinsi pozğunluq əlamətidir. Amma mən ona dedim ki, gəlincik-qadınların gerçək insanlar kimi qüsurları yoxdur və onlar əsla xəyanət etmirlər”. Reytinq:
|
Son xəbər
|
|
Xəbər lenti
14:11
Ekspert: İxtisas seçimi yalnız bala görə deyil, əmək bazarının tələblərinə uyğun aparılmalıdır10:56
Yaponiya və Koreya Respublikası vətəndaşları üçün Azərbaycana vizasız giriş rejimi qüvvəyə minib11:51
Müdafiə naziri Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib00:19
YENİ NƏŞRHava haqqında
+10 ° C +11° +9° Bakü Cuma, 16
7 Günlük Hava Tahmini Təqvim
|

Çində arvadından boşanan 58 yaşlı Li Çen 7 qadın elastik materialdan hazırlanan gəlinciklə yaşayır.